beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qubadlı xalçası

Qubadlı – Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçalar Dağlıq Qarabağın bir çox xalçaçılıq məntəqələrində istehsal olunur, lakin “Qubadlı” adı ilə məşhurdur. Qubadlı – Azərbaycan Respublikasında qədim zamanlardan xalçaları və xüsusilə namazlıqları ilə məşhur olan rayonudur. XIX əsrin II yarısında Qubadlıda toxunan xalçalara İstanbul, Təbriz və digər məşhur şəhərlərin bazarlarında böyük qiymət verilirdi. Qubadlıda istehsal olunan xalçalar Yaxın Şərq ölkələrinə, Rusiyaya və hətta bəzi Qərbi Avropa ölkələrinə ixrac olunurdu.

Bədii analiz

“Qubadlı” xalçalarının orta sahəsinin kompozisiyası, əsas etibarilə, bir – birinin ardınca düzülmüş rombabənzər qellərdən ibarətdir. Bu qellər, formasına görə, çox orijinaldır. Xalçanın yuxarı hissəsində dini xüsusiyyət daşıyan mehrab yerləşir. Haşiyə zolağında daha öncələr bitki naxışlarından – səkkiz ləçəkli çiçək naxışlarından ibarət olan, lakin zaman keçdikcə bu formanı itirən orta haşiyə səkkizbucaqlı elementlə bəzədilmişdir.

Texniki xüsusiyyətlər

Qədim zamanlardan “Qubadlı” xalçaları, ənənəvi olaraq, 100X150 sm-lik ölçüdə toxunur. Nadir hallarda uzun formalı gəvələrə rast gəlinir. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35-dən 40X40-dək düyün yerləşir ( hər kvadrat metrdə 120 000-dən 160 000-dək düyün). Xovun uzunluğu 7 – 9 mm-dir. “Qubadlı” xalçaları xalq arasında yüksək keyfiyyətli xalçalar hesab olunur.


Tarix: 24.03.2013 / 16:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Toxuculuq