beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləcədi xalçaları

Ləcədi xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Ləcədi xalçaları qədim və zəngin tarixə malikdir.
İstehsalı

"Ləcədi" xalçaları Dəvəçi rayon mərkəzindən 10km şimal - qərb istiqamətində yerləşən eyni adlı kəndin şərəfinə adlandırılmışdır. Belə xalçalar həm də Dağıstanın xalçaçılıq məntəqələrində, o cümlədən Dərbəndin, Tabasaranın və Axtının xalçaçılıq məntəqələrində toxunduğuna görə bəzən onlara "Dağıstan" da deyirlər. Xalça ustaları arasında isə bu xalçalar "Samovar çeşni" kimi məşhurdur.

Bədii xüsusiyyətləri

"Ləcədi" xalçasının ara sahəsinin mürəkkəb kompozisiyası ardıcıl şəkildə təkrarlanan düzbucaqlı formada orta ölçülü rapportlardan ibarətdir. Kompozisiya aydın şəkildə ifadə olunmuş şaquli oxa malikdir. Bu ox özünün mövcud eni ilə mərkəzi sahənin bütün quruluşunu formalaşdırır. Qalmış sahə də şaquli istiqamətdə təşkil olunaraq mərkəzi ox elementlərinin replikasına çevrilir. "Ləcədi" xalçasının ona xas olan müstəqil köbəsi yoxdur. Orta haşiyə rolunda çox vaxt Bakının nəbati naxışlı "Xilə Əfşan" xalçasının orta haşiyəsi çıxış edir. Bəzən orta haşiyəsi "gətəbə" formasında olan "Ləcədi" xalçalarına da rast gəlmək olur. "Ləcədi" xalçasının rəng xüsusiyyətləri Dəvəçi alt qrupundan olan xalçalarda olduğu kimidir, lakin "Ləcədi" xalçaları üçün ağ fonlu köbə zolağı daha xarakterikdir.

Texniki xüsusiyyətləri

"Ləcədi" xalçaları əksər hallarda uzunsov olur. Son illər kvadrat formalı xalçalar da istehsal olunur. İlmələrin sıxlığı 40x40 ilmədən 50x50 ilməyə qədərdir (bir kvadrat metrdə 160000 ilmədən 250000 ilməyə qədər). Xovun hündürlüyü 4-5mm-dir.


Tarix: 24.03.2013 / 15:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Toxuculuq