beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allergiya..

Allergiya və onun yaranma səbəbləri.
Allergiya-orqanizmin allergen adlanan,ətraf mühitdəki bəzi faktorlara(kimyəvi maddələrə,mikroblara və onların həyat fəaliyyətinin məhsullarına,qida məhsullarına və.s) qarşı yüksək həssaslığıdır.
Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Buda həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəyifliklə özünü biruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır. Allergiyanın əmələ gəlməsinin və ondan qurtulmağın bir çox yolları var. Sizi bunlardan bəziləriylə tanış olmağa dəvət edirik.

İmmunitetin səhvi.
İmmun sistemi, orqanizmi ətraf mühitin təsirindən və orqanizmdə əmələ gələn yad nəsilli maddə və hüceyrələrdən qoruyaraq ən mühüm vəzifəni yerinə yetirir.İmmunitetin qoruyucu mexanizmi çox mürəkkəbdir. O orqanizmin “qoruyucusu” olan antitel istehsal edir.Antitelin vəzifəsi orqanizmə soxulan yad cizsimləri (antigen adlanan)neytrallaşdırmaqdır. Teoretik olaraq hər bir immun reaksiya uğurlu nəticələnməlidir.Amma bəzən immun sistemi öz səlahiyyətlərini artıraraq idarəni itirir. Bu zaman o tam zərərsiz cismlərə potensial təhlükəli kimi reaksiya verir. İdarənin bu dərəcədə itirilməsi dağıdıcı hiperreaksiyalara gətirib çıxarır.
Allergik xəstəliklər orqanizmin xarici mühit amillərinə( təhlükəli olmasada,orqanizm tərəfindən təhükəli sayılan)qarşı hiperreaksiyasıdır(çox güclü reaksiya). Bəzi ağır hallarda immunitet öz şəxsi orqanizminə qarşı mübarizəya qalxır.Bu zaman orqanizmin şəxsi hüceyrələri və zülalları məhv olma təhlükəsinə məruz qalır və autoimmun adlanan xəstəlik inkişaf edir. Bu xəstəliklərə birinci dərəcəli şəkərlli diabet, dağınıq skleroz və digər ağır xəstəliklər aiddir.

Psixoloji moment.
Psixoloqlar belə fikir irəli sürür ki,immun sistemi sinir və endokrin sistemlə sıx əlaqədardır. Onlar fikirləri və fizioloji reaksiyaları daşıyaraq birgə təsir göstərir.
Psixoloqların dediyinə görə allergiya səbəbsiz qorxudur.Normada immunitet ancaq orqanizmin düşmənlərinə məsələn virus və bakteriyalara qarşı mübarizə aparmalıdır.Amma immun sistemin işi pozularsa o orqanizm üçün tam zərərsiz maddələrə də(bitkilərin tozcuqlarına,heyvanların tüklərinə,qida məhsullarına,ev tozuna) belə kəskin reaksiya verir.Hər hansı bir stressdən sonra immun sistemin işi pozula bilər.Hətta Amerikan psixoloqları sübut etmişlər ki, gələcəy ana hamiləlik zamanı emossional gərginlik altında olursa,80% hallarda uşaq allergik olur. Böyük yaşlarda stresə qarşı reaksiya olaraq tez-tez allergiyaya rast gəlinir.

Ekologiya - bu bizik.
Bəzi tibb işçiləri allergiyanın və bronxial astmanın belə geniş yayılmasının səbəbini ekologiyanın bu dərəcədə korlanmasında görür. Baxmayaraq ki,tozsoran künclərdən və xalçalardan tozu təmizləyir amma onu 100% daxilində saxlaya bilmir.1-5% kiçik dispersli tozcuqlar yenidən havaya geri dönür.Bu dənəciklər yerdən 50-90sm hündürlükdə yəni bizim yatdığımız və uşaqların oynadığı sahədə yerə çökür.Belə ki ,xalçaların küçəyə çırpılması,tozsoranla təmizlənməsindən saqlamlıq üçün daha xeyirlidir.Artıq hesablanmışdır ki,hər bir şəhər sakini sutka ərzində 1-2 xörək qaşığı toz udur hansı ki,tərkibindəki zəhərli maddələrlə birlikdə ömürlük onun ciyərlərində qalır.

Vitaminlər mütləqdir.
Orqanizmin yetərincə xeyirli qidalandırıcı məhsullar qəbul etməməsi də allergik reaksiyalara səbəb ola bilər.Bunlara əsas vitaminlər və mikroelementlər aiddir.
Vitamin A- immuniteti möhkəmləndirərək,infeksion xəstəliklərə qarşı həmçinin qrip,angina,bronxitə qarşı davamlılığını artırır.Aparılan təcrübələrdən məlum olmuşdur ki,vitamin A –nın istifadəsi hətta ağır allergik reaksiyalarda köməy edir.
Vitamin B6- Əhalinin böyük hisslsində bu vitaminə təlabat normaya uyğun deyil.Bu vitamin antitel əmələ gətirən fermentləri aktivləşdirir.
Vitamin B5- Autoimmun prosseslər zamanı iltihab əleyhinə təsir göstərir.Onu dəridə təzahür edən allergiyalar zamanı,həssas dərilər üçün kremlərin və məlhəmlərin tərkibində istifadə edirlər.
Vitamin C- Digər antioksidantların(Vitamin E-nin) təsirini gücləndirən antioksidantdır. Alimlərin rəyinə görə bu vitamini qəbul edən insanlar vitamin C defisitlilərə nisbətən daha uzun ömürlü olurlar.
Vitamin E- Qida allergiyaları zamanı immun funkiyanın pozulmasında məsləhət görülür.Bronxial astmalı uşaqlarda tutmalar zamanı qanda E, A və C vitaminlərinin miqdarı azalır.Bu zaman Vitamin E-nin qəbulu immun göstəriciləri normallaşdırır.
Nikotin turşusu- Bu vitaminin defisiti zamanı orqanizmin infeksiyalara qarşı davamlılığı aşağı düşür.Sübut olunmuşdur ki, nikotinamid autoimmun reaksiya mərhələsində 1-ci tip şəkərli diabetin inkişafını ləngidir.
Görüyünüz kimi allergiya müxtəlif səbəblərdən meydana gələ bilər. Düzdür Allergiyanı həkim müalicə etsədə xəstəliyin əmələ gəlmə səbəbini anlamaq,onun müalicəsində köməy edə bilər.


Tarix: 08.01.2015 / 15:52 Müəllif: Aziza Baxılıb: 258 Bölmə: Saglamliq