beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox oturmaq sümük zəifliyinə səbəb olur

Günün çox hissəsini oturaq tərzdə keçirən insanların qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır.
Araşdırmalara görə, günün çox hissəsini oturaq tərzdə keçirən insanların sümükləri zəifləyir, qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır, beldə, boyunda ağrılar, oynaqlarda şəkil pozuqluğu meydana çıxır. Bunun qarşısını almaq üçün tez-tez qalxıb gəzinmək, əzələləri, oynaqları hərəkət etdirmək lazımdır. Saatlarla oturmaqla yanaşı, dirsəklənmək də orqanizmə xoş vədlər vermir. Bütün bunların qarşısını almaq üçün deyildiyi kimi, tez-tez durub gəzinmək, oturanda kürəyi dik tutmaq, masa arxasında çalışarkən əyilməyəcək tərzdə oturmaq, yəni oturuş qaydasını pozmamaq, masa ilə vücud arasında qolları sərbəst tərpətmək üçün ara məsafəni saxlamaq lazımdır. Bir saatdan bir qalxıb 5-10 dəqiqə gəzərkən əzələləri hərəkət etdirmək, müxtəlif idman hərəkətləri ilə məşğul olmaq vacibdir.


Tarix: 08.01.2015 / 15:34 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Saglamliq