Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İngiltərədə adamlar daha erkən ölürlər

Aparılmış tədqiqat göstərib ki, bir çox varlı ölkələrdən fərqli olaraq Britaniyada adamlar daha erkən yaşlarında ölürlər.
Son 40 ildə 60 yaşdan əvvəl ölümlərin sayı iki dəfə azalsa da, qadınlar üçün bu göstərici Albaniyadakına bənzərdir.

Ekspertlər deyirlər ki, buna səbəb geniş qeyri-bərabərlikdir.

Vaşinqton Universitetinin Lancet jurnalında dərc etdiyi məqalədən öyrənmək olar ki, qlobal miqyasda ən az riskə İslandiyadakı kişiər və Kiprdəki qadınlar malikdirlər.
Kiprdə 60 yaşına çatmamış hər min qadından 38 vəfat edir. Britaniyada bu göstərici qadınlar üçün 58, kişilər üçün 93-dür.
Cənubi Asiyada qadınlar daha erkən ölürlər. Sahara Afrikasında isə insanların yarısı 60 yaşına çatmamış vəfat edirlər.

Professor Dənni Dorlinq deyir ki, Britaniyada səhiyyə sistemindəki qeyri-bərabərlik belə halın əsas səbəbidir.


Tarix: 08.01.2015 / 14:29 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq
loading...