beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xərçəng xəstəliyini yaradan insanlardır

Mumiyalar üzərində aparılan araşdırmalar belə deməyə əsas verir.
Xərçəng tamamilə bəşər övladı tərəfindən yaradılmış xəstəlikdir. Alimlər Misirdə tapılan mumyalar üzərində apardıqları araşdırmalardan sonra bunu ortaya çıxarıblar.

Mumiyalar üzərində aparılan araşdırmalar bu dövrdə yaşayan heç kimdə bu xəstəliyin olmadığı və xərçəngin xüsusiyyətlərinin sənaye inqilabından sonra daha çox müşahidə edildiyi bəlli olub. Mütəxəssislərin sözlərinə görə, dünyada çirklilik səviyyəsinin artımı və qeyri-sağlam qidalanma xəstəliyin yaranmasına və yayılmasında böyük rol oynayıb.

Ancaq, araşdırmada iştirak edən alimlər xərçəngin yaranmasının dəqiq səbəblərinin ortaya çıxarılması üçün daha böyük miqyaslı araşdırmaya ehtiyac olduğunu qeyd ediblər.


Tarix: 08.01.2015 / 14:21 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq