beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Döş xərçəngindən qorunmağın 10 əsas yolu

1. Alkoqolla vidalaşın!

Aparılan bütün araşdırmalar, alkoqol qəbul edən qadınların süd vəzisi xərçənginə tutulma riskinin daha yüksək olduğunu göstərir. Gündə 2-5 qədəh içən qadınların riskinin heç alkoqol qəbul etməyənlərə nisbətən 1,5 dəfə artdığı məlumdur.

2. Mövzu siqaretdirsə; buraxan qələbə çalar !

Süd vəzisi xərçəngi ilə siqaret arasındakı birbaşa bağlantı dəqiq olaraq ortaya qoyulmamasına baxmayaraq, tədqiqatçılar, erkən yaşdan etibarən siqaret çəkən qadınların süd vəzisi xərçənginə tutulma riskinin daha yüksək olduğunu düşünürlər. Siqaretin sadəcə süd vəzisi xərçəngi üçün deyil, ağciyər xərçəngi üçün də ciddi faktor olduğunu unutmamalıyıq.

3. Aktiv olun.

Fiziki aktivlik süd vəzisi xərçəngi riskini azaldır. Həftədə 75 ilə 150 dəqiqə arası gəzintiyə çıxan qadınların süd vəzisi xərçəngi olma riskinin 18 % azaldığı məlumdur. Davamlı edilən idman, həm çəkinizin düzənlənməsinə, həm də xərçəng riskini azaltmağa kömək edir. Amerika xərçəng dərnəyi süd vəzisi xərçəngi riskini aşağı salmaq üçün qadınlara həftədə 5 gün olmaqla gündə 45-60 dəqiqəlik idman etməyi məsləhət görür.

4. Ailəvi riskiniz haqqında məlumatınız olsun.

Anamnezdə fərdi və ya ailəvi süd vəzisi xərçənginin olması riski artırır. Əgər ailənizdə süd vəzisi xərçəngi olan bir yaxınınız varsa, bu haqda həkiminizə məlumat verməlisiniz. Süd vəzisi xərçənglərinin bir hissəsinin ailəvi mənşəli olduğu məlumdur. Ananız və ya bacınızda süd vəzisi xərçənginin olması sizin də mütləq süd vəzisi xərçəngi olacaqınız mənasını daşımır, ancaq ailəvi süd vəzisi xərçəngi riski varsa, müayinələr və analizlərdən keçmək lazımdır və xüsusi tibbi baxım gərəklidir.

5. Mümkün olduğu qədər üzün müddətli hormon müalicələrindən uzaq durun.

Uzun müddət hormon replasman müalicəsi almaqla süd vəzisi xərçəngi arasındakı əlaqə, araşdırmalar sayəsində ortaya qoyulmuşdur. Xüsusilə esterogen + progesteronun birlikdə müalicəsi bu riski daha da artırır. Dərmanların kəsilməsindən sonra 5 il ərzində risk səviyyəsi aşağı düşür. Hormon müalicəsi mammoqrafiyaların diaqnostik qabiliyyətini də aşağı salır. Əgər klimaks sonrası hormon müalicəsi veriləcəksə, həkiminizlə birlikdə digər fərdi və ailəvi risklərinizi gözdən keçirməlisiniz.

6. Süd vəzilərinizi hər ay yoxlayın.

Hər ay süd vəzilərinizi yoxlamağınız, bəlkə süd vəzisi xərçəngi riskinizi azaltmayacaq, amma erkən diaqnoz qoyulmasına kömək edəcək. Diaqnoz ne qədər erkən olsa, müalicə bir o qədər asan olur; süd vəzisini almağa ehtiyac qalmır. Özünüz özünüzü müayinə etmək üçün bu səhifəmizə baxa bilərsiniz.

7. Yağı az olan qidalarla bəslənin.

Yağı az olan qidalarla gidalanmaq, sadəcə köklük riskini deyil, süd vəzisi xərçəngi riskini də azaldır. Süd vəzisi xərçənginin inkişafında esterogen hormonunun vacib rol oynadığı məlumdur. Yağ toxuması esterogen hormonu ifraz edir və bu xüsusiyyəti ilə klimaks sonrasında vacib bir risk əmələ gətirir. Gidalarla alınan yağın miqdarı ilə süd vəzisi xərçəngi arasındakı əlaqəni araşdıran tədqiqatlarda bir-birindən fərqli nəticələr bildirilmişdir, ancaq köklük ilə əlaqədar həyata keçirilən bütün araşdırmalar süd vəzisi xərçəngindəki vacib rolunu ortaya çıxarır.

8. Mammoqrafiya çəkdirməyi unutmayın.

Özünüz özünüzü müayinə etdiyinizdə olduğu kimi mammoqrafiya da süd vəzisi xərçəngi riskinin qarşısını almır, ancaq erkən diaqnostika üçün çox vacibdir. Çünki mammoqrafiya ilə şişin kütlə əmələ gətirərək ələ gəlməsindən daha əvvəl diaqnoz qoyula bilir. Heç şikayətiniz olmasa da 40 yaşınızda mütləq mammoqrafiya çəkdirin.

9. Erkən yaşda uşaq sahibi olun; əgər bu mümkündürsə...

Heç uşaq sahibi olmamaq və ya ilk uşağını gec yaşlarda dünyaya gətirmək süd vəzisi xərçəngi riskini artırır.

10. Uşağınızı uzun müddət əmizdirin.

Hamiləlik zamanı və sonrakı əmizdirmə dövründə aylıq aybaşı siklləri illə əlaqədar olaraq hormon aktivliyi durmuş vəziyyətdə olduğuna görə süd vəzisi xərçəngi riski də azalır. Bu məlumatlar erkən klimaksdan sonra düşən risk ilə də uyğundur.


Tarix: 08.01.2015 / 14:20 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Saglamliq