beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Köklük və onun fəsadları

Elm adamları köklüyün xarici görünüşə təsiri ilə yanaşı zəkaya, intellektə, ağıla və s təsirini də aşkar etmişlər.
"Neurology" jurnalında nəşr olunan tədqiqatlarda qeyd olunub ki, elm adamları təcrübələrində 6000 ingilis vətəndaşının səhətinə 10 ildən çox müddətdə ciddi nəzarət ediblər. Tədqiqat və təcrübələrdə iştirak edənlər 35 və 55 yaş arasında olan insan qrupları olub.
Onları nizamlı olaraq yaddaş və dərk etmə testlərinə cəlb ediblər. Bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislər öz təcrübələrində qavramaya, dərk etməyə kökləndiklərini, intellekt və ağıl məsələlərində isə heç bir iş görmədiklərini bildiriblər.

Bununla belə onlar adi və normal yaşlanma ilə idrak qabiliyyətinin azalması və ağıl məsələlərində mövcud olan sərhədlərin bulanıq olduğundan bəhs ediblər.
Lakin onuda qeyd etnək lazımdır ki, dərketmə və idrakı az olanların əksəriyyəti zəka problemləri ilə üzləşmir.
Təcrübədə iştirakçı olanların hamısı ictimai xidmət işçiləri olduğundan tədqiqatların nəticələri cəmiyyətin digər qruplarına aid olmayıb.

Tədqiqatçıların sözlərinə görə bundan əvvəlki təcrübələrində onlar iştirakçıları sağlam qidalandımaqla, onları müxtəlif idman məşğələlərinə cəlb etməklə, təzyiqi və xolestrolu nəzarət altında saxlamaqla bu problemlərin öz həllini tapdığını müşahidə etmişlər.


Tarix: 08.01.2015 / 13:37 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq