beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musiqi dinləyərkən bunlara diqqət etmək vacibdir!

Musiq ruhun qidasıdır deyiblər. Lakin müxtəlif internet mənbələrində qeyd olunur ki, bəzi adamlar musiqinin müalicəvi təsirinə inanmırlar. Son zamanlarda isə məlum olmuşdur ki, musiqi nəinki insanları müalicə еdir, o, hətta bitkilərin boy atıb inkişafına da kömək еdir. Məlumatlarda oda qeyd olunub ki, Amerika alimləri aşkar ediblər ki, mütəmadi çalınan klassik musiqi (mozart, şopеn, bеthovеn və b.) bitkinin böyüməsini və inkişafını müəyyən qədər tеzləşdirir, başqa sözlə musiqi və canlı təbiət məhvumlarının yaranmasına səbəb olur. Lakin bir məsələ günümüzdə həmişə öz aktuallığı ilə fərqlənib. Bu məsələ hər şeydə olduğu kimi, qədərindən çox istifadənin zərərli olmasıdır. Musiqi dinləmək üçün qulaqlıqdan həddindən artıq istifadə sağlamlığa zərərli hesab olunur. Türkiyədə yayımlanan bir məlumatda bildirilir ki, qulaqlıqla yüksək səslə musiqiyə qulaq asmaq mənfi təsir göstərir. Səs şiddətini və dinləmə müddətini aşdıqda eşitmə itkisi ola bilər.
İstifadəçilərin bu itkini minimuma endirməsi üçün bəzi tədbirlər görülməsi lazımdır. Səs şiddətinə bağlı olaraq inkişaf edən akustik zədə, tipik olaraq daxili qulaqda "ilbiz" adı verilən hissədəki eşitmə hüceyrələrində və ya sinirlərində meydana gəlir. Ona görə də ilk növbədə qulaq asılan musiqinin səs şiddətini azaltmaq lazımdır. Halbuki bu tip əlamətlər qalıcı bir ziyana işarə edir. Bu vəziyyətdə səs şiddətini azaltmaq və ya musiqi dinləməyə bir müddət ara vermək lazımdır. Daha sonra isə görüləcək işlərdən biri qulaqlıq seçiminə diqqət etməkdir. Cihazın çıxardığı səslər qədər, qulaqlıqların tipləri də əhəmiyyət kəsb edir. Hansı qulaqlıq tipinin daha etibarlı olduğu mövzusu çöldən səs alıb almaması ilə əlaqədardır. Ətrafdakı səs-küy yüksəldikcə istifadəçilərin cihazlarının səsini yüksəltmələri tələb olunur. Prinsip etibarilə xaricdən ən az səs alan qulaqlıqlar seçimi edilməlidir. Qulaqlıqların tək tərəfli istifadə edilməsi də uyğun deyil.


Tarix: 08.01.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq