beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşitmə problemi olanların diqqətinə!

Məlumata görə eşitmə problemindən əziyyət çəkənlərin sayı düşünüldüyü kimi həddindən artıq az deyil.
Az inkişaf etmiş ölkələrdə isə digər ölkələrə nisbətən çox olduğu bildirilir. Eşitmə bacarığının hamısını itirməmiş, qismən eşitmə itkisi yaşayan kəslərdə istifadə edilən EAS (Elektrik Akustik Stimullaşdırılma) metodu, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla eşitmə itkisinin qarşısını alır. Verilən məlumatda eşitmə itkisinin əlamətlərinə davamlı olaraq danışmaların təkrar edilməsini istəmək, iki adamdan daha çox insanın danışmasını təqib etməkdə çətinlik çəkmək, televiziya ya da radionun səsini sonuna qədər açmaq, eşitmə sisteminə zərər verən dərmanlar almaq və s. aiddir.
Kiçik uşaqlarda tez-tez olan qulaq infeksiyaları müalicə edilmədiyi təqdirdə karlığa qədər gedə bilir.
Uşaq vaxtı yaşanan kiçik infeksiyalar irəlidə daha böyük problemlərə yol aça bilər. İnkişaf etmiş ölkələrdə yaşı 4-dən az olan uşaqlara bilateral, yəni cüt tərəfli implant tətbiqi təklif edilir. Sinir toxumalarının zərər görməməsi, bütün koklear implant tətbiqlərinin tətbiqlərinin əhəmiyyətli olacağı deyilir.


Tarix: 08.01.2015 / 12:28 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq