beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günəş vannası qəbul edərkən bunlara diqqət edin!

Günəş vannası qəbul etmək insan sağlamlığına yaxşı təsir göstərir. Həmçinin orqanizmə D vitamini verir.
Türkiyəli professor Dr. Bülent Bütünün şərhindən aydın olur ki, bu vitamində olan kalsium maddəsi metabolizm və immunitet sistemi üçün faydalı olduğundan yay fəslində günəşlənmək yaxşıdır. Günəşlənərkən tətbiq edilən lazımi prosedurlardan əlavə günəş losyonlarına fikir vermək də vacibdir.
Məlumata görə bəzi günəş losyonları vücüdun D vitamini çıxarmasına qarşı təsir edir.
Lazımi miqdarda D vitamini ala bilməyən bədən, kalsium ehtiyacını sümüklərdən qarşılamağa çalışır. Əgər alınan kalsiumun yeri bərpa olunmazsa bu vəziyyət sümüklərin zəifləməsinə səbəb ola bilər.
Bu baxımdan bədəni kafi ölçüdə günəşləndirmək belə yetərlidir. Lakin, çoxlu günəşlənmək zərərli hesab olunur. Bu müxtəlif dəri problemləri yaradır.
Ona görə insanlar günəş şüalarının zəif gəldiyi saatlarda günəşlənməlidirlər.
Həmçinin dərini yanmadan qoruyan losyonlardan və digər qoruyucu vasitələrdən istifadə etmək məsləhətdir.
İstəyə uyğun (15-20 gün ərzində) ilk gün 5 dəqiqə, ertəsi gün 10 dəqiqə və irəli günlərdə yarım saata qədər günəş vannası qəbul etmək məsləhətdir.
Dəniz sahilində günəşlənməyənlər balkonda, bağçada, hovuz kənarında günəşlənə bilərlər.


Tarix: 08.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Saglamliq