beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bahar yorğunluğu: ondan necə qorunmalı?

Bahar deyəndə ağıla gözəllik, təravət, rəngarənglik gəlir. Çiçəklər açır, kəpənəklər uçuşur, ağaclar yaşıllaşır. Ətraf bir anda rəngarəng boylalarla bəzənir. Təbiət ən gözəl sənət əsərini yaradır. İnsanın ruhu da oyanır təbiətlə birgə. Damarlarda qan qaynayır, qəlblərə bir başqa sevinc dolur. Günəş işığı həyatımızı, qəlblərimizi aydınlandırır. Təbiətdəki rəngarənglik insanların geyimlərində də öz əksini tapır.
Amma yazın bütün bu gözəllikləri ilə yanaşı, bizə təsir edən sərt bir üzü də var. Havaların dəyişməsi insanlarda halsızlıq, yorğunluq, yuxu basma kimi şikayətlərə səbəb olur. Mütəxəssislər bunu bahar yorğunluğu adlandırır.

Bahar yorğunluğu bioloji səbəbdən ortaya çıxır və havada artan elektrik yükü ilə bağlıdır. Bu yük mənfi və müsbət ionlar vasitəsilə insanın bədəninə keçir. Mənfi ionların artması yorğunluq, halsızlıq, gərginlik yaradır. Bütün bunlar damarlarda büzülməyə səbəb olur. Elektrik yükü şəhərlərdə daha çox özünü göstərir. Havanın çırkliliyi, sənaye tullantıları, nəqliyyatın sıxlığı mənfi elektrik yükünü artırır. Sadaladığımız bioloji amillər insanın psixologiyasına da təsir edir. Psixoloqların fikrincə yazda depressiya riski artır. Depresiyada olan insan özünü yorğun, durğun, kefsiz hiss edir. Həyatdan zövq ala bilmir. Hər şeyin mənasının itirdiyini hiss edir. Ətrafdakılarla az danışır. Özünü yersiz günahlandırır.
Bahar yorğunluğunun əlamətlərini ümumilikdə belə qruplaşdırmaq olar:
səhər yuxudan halsız oyanma;
əsəbilik;
yuxu rejiminin pozulması;
oynaqlarda ağrı;
tənbəllik;
enerjinin azaldığının hiss etmək;
gərginlik;
işləri ertələmə.

Bəs bahar yorğunluğundan qorunmaq üçün nə etməli? Mütəxəssislər aşağıdakıları məsləhət görür:
qidalarınıza diqqət edin;
orqanizmin vitaminə olan tələbatını ödəmək üçün bol-bol meyvə, tərəvəz qəbul edin;
idmanla məşğul olun;
hər səhər 10-15 dəqiqə əzələlərinizi hərəkət etdirin;
yuxu rejiminizə diqqət edin;
yatmazdan öncə beyninizdən pis fikirləri çıxarın, sizə xoş olan şeyləri düşünün;
hər gün 2-3 litrə qədər su için;
çalışdığınız otağı havasını tez-tez dəyişin.

Bütün bunlarla yanaşı, vaxt tapıb bir neçə gün şəhərdən kənarda istirahət etmək də enerjinizi bərpa etməyə kömək edər.


Tarix: 10.01.2013 / 13:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Saglamliq