beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvə sularının tərkibindən xəbərdarsınızmı?

İngiltərədə ən çox oxunan qəzetlərdən olan Daily Maildə nəşr olunan xəbərlərin birində meyvə sularıyla bağlı bəzi faktlar gündəmə gətirilib.

İçərisində kifayət qədər şəkər olan bu meyvə sularının düzgün saxlanmasının vacibliyini qeyd edən qəzet insanları daha diqqətli olmağa çağırıb.

Bangor Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, artıq kilodan və bəzi xəstəliklərdən əziyyət çəkən insanlarda içkilərə qarşı dad bilmə həssaslıqları azalır, onlarda şəkərə qarşı meyl yaranır.

Eyni universitetin sağlamlıq sahəsində çalışan Dr. Hans-Peter Kubisin apardığı digər araşdırmaya görə bu cür meyvə şirələrin sağlamlıq üçün çox təhlükəlidir. Diabetli insanlara mənfi təsir xüsusi vurğulanıb.

Araşdırma artıq çəkidən əziyyət çəkən insanların meyvə şirələri qəbulundan sonra daha çox şirniyyatlara meylliklərini isə yalnız 4 həftə ərzində xüsusi rejimdən sonra nizama sala biləcəyini göstərib.

Insanların kalorisiz içkilərə üstünlük vermələrinin faydalı oluğunu deyən professor uşaqları şəkərlə bol olan meyvə şirələrindən qorumağı təklif edib.


Tarix: 27.12.2012 / 18:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Saglamliq