beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz xəstəlikləri: Səhv bildiklərimiz və doğrular

Eynəkdən istifadə ilə bağlı dincəldici eynək:

Belə bir eynək yoxdur. Eynəklər dəyərlərinə görə rəqəmlərlə ifadə edilir və əgər taxıldığı zaman görməni daha da yaxşılaşdırırsa taxılmalıdır.

Bəzən eynəksiz dəqiq, lakin, yorularaq görən hipermetrop xəstələrə həkimlər eynəyin məqsədini açıqlamaq üçün hipermetropu düzəldən şüşələrdə bu termindən istifadə edirlər.

Eynəyin davamlığı:

Uzaq görmə üçün olan eynək davamlı olaraq, yaxın görmə üçün olan eynək isə yalnız yaxın görmək üçün lazım olduqda istifadə olunur.

Eynəklər üçün nömrə dəyişikliyi yalnız müalicədə müəyyən olunur. Gözün eynəyə alışması kimi bir anlayış yoxdur, sadəcə insan yaxşı görmənin nə olduğunu başa düşdüyü üçün eynəkdən imtina edə bilmir.



Səhv nömrəli eynəkdən istifadə:

Gözün görmə qabiliyyətini pozmur, lakin taxıldığı məqamda olan görməni poza bilər.



Uşaqlarda gözün görmə dərəcəsində dəyişiklik:

Uzaq görmədə hipermetrop olan uşaqlarda böyümə dövründə dioptridə azalma, mioplarda isə çoxalma yaranır.

Eynək taxmaq və ya taxmamaq dioptrinin nə artmasına, nə də azalmasına səbəb olur. Lakin uşaq yaşda görmənin inkişafı üçün eynəyin mütləq taxılması lazımdır.



Körpə və ya kiçik uşaq eynək taxa bilməz:

Körpəni eynək taxmağa alışdırmaqla bu problemi aradan qaldırmaq olar. Bunun üçün uşağa düzgün yaxınlaşmaq kifayətdir.



Miopiya:

Uzaqdan gələn şüaların gözün sarı nöqtəsinin qarşısında dayanmasıdır. Belə insanlar müəyyən bir məsafəyə qədər dəqiq görərlər, daha uzaq məsafəyə də isə bu dəqiqlik pozula bilər.



Hipermetropiya:

Uzaqdan gələn şüaların gözün sarı nöqtəsinin arxasında dayanmasıdır. Belə insanlar gözü məcbur edərək dəqiq görə bilərlər.



Astiqmatizm gözə ziyandır:

Astiqmatizm myopik və ya hipermetropik olur və göz sağlamlığı baxımından digər sınma qüsurlarından fərqi yoxdur, yalnız gözün müəyyən bir baxımındakı sınmanın fərqliliyini ifadə edir.



Gözün istifadə edilməsi:

Göz xəstə olsa belə, onun istifadəsi (yaxın və ya uzaq üçün) gözün sağlamlığına zərərli deyil.



Göz dəyməsi göz xəstəliyi yaradır:

Göz dəyməsi insana psixoloji təsir edir. Xəstəlik yaradan təsiri isə yoxdur. Lazer dərdə dərman ola bilərmi?
Xeyr ola bilməz. Fərqli hissələrdə fərqli lazer sistemlərindən istifadə etməklə bərabər, heç bir şəkildə dərdə dərman ola bilməz.

Lazerlə katarakt əməliyyatı:

Belə bir əməliyyat yoxdur. Fako olaraq təyin olunan üsul səs dalğası ilə işləyir və tez-tez müraciət olunan bir sistemdir.



Lazerlə göz çəpliyinin müalicəsi:

Bu növ müalicə sistemi yoxdur.
Lazerin gözü kor etməsi:

Müalicə üçün istifadə olunan cihazlar korluq yaratmır, lakin mərkəzi görmə nöqtəsinə xəstəliklərin təsir etməsi görmənin pozulmasına səbəb ola bilər.

Yaxşı görmək göz sağlamlığının təminatıdır. Xeyr.
Məsələn: qlokom xəstələri xəstəliyin son mərhələsinə kimi yaxşı görə bilərlər. Görmə qabiliyyəti sonradan tədricən azalmağa başlayar bilər ki, bu mərhələdə görmə qabiliyyətinin geri aytarılması mümkün ola bilməz.



Televizor və kompyuter gözü pozar:

Xeyr pozmaz. Sadəcə işığa baxmasından asılı olaraq göz səthində olan göz yaşında quruma olduğu üçün yanma, batma, qızarma və refleks sulanma olur.



Katarakt əməliyyatı gözün əvvəlki görməsini geri qaytarır:

Görmənin yaxşı olması üçün, qişa təbəqəsinin sağlam insanın görmə potensialının yaxşı olması lazımdır. Göz dibi xəstəliklərində və tənbəl gözlərdə görmə artımı olmaya bilər.



Göziçi linzalar göz üçün zərərlidir:

Münasib yerə linzanın taxılması heç vaxt zərərli deyil.



Hər dərman hər bir insana təsir edər:

Hər dərman hər bir insana eyni formada təsir etməz. Fərdi fərqliliklər hər zaman mübahisə mövzusudur.



Yuxu pozğunluğu göz xəstəliyidir:

Xeyr. Yuxu zehni bir prossesdir və gözlər sadəcə hadisədə iştirak edir.



Göz yaşım qurudu, ağlaya bilmirəm:

Ağlamaq psixoloji bir prossesdir və ağlamaqla gələn göz yaşı da refleksin nəticəsidir. “Göz yaşının quruması” anlayışı vardır, lakin bunun ağlamaqla heç bir əlaqəsi yoxdur.



Göz təzyiqində sərhəd:

Qlakom yalnız rəqəmsal dəyərin ifadəsi deyil. Əsas məsələlərdən biri də, görmə sinirinin vəziyyətidir.
Rəqəmsal dəyəri normal sayılan vəziyyətdə olmasına baxmayaraq qlakom olan insanlar da var. Buna görə də, sinir sisteminin təyin edilməsi hər zaman böyük yanlışlıqlara səbəb olur.


Tarix: 27.12.2012 / 11:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 574 Bölmə: Saglamliq