beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gümrüdə kütləvi qətl

Gümrüdə kütləvi qətl — 2015-ci il yanvarın 12-də Gümrüdə, Masnikyan küçəsi 188 ünvanında həyət evində yaşayan Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu və glini, üstəgəl 2 yaşındakı nəvəsi güllənib. 6 aylıq nəvəsi isə süngü ilə ağır yaralanıb.

Qətli törədən şəxsin kimliyi
Hadisə yerində əsgər çəkmələri, əsgər çantası və Kalaşnikov avtomatı və 5x45 çaplı güllə gilizləri aşkarlanıb. Ayaqqabıların üzərində yazılmış addan yola çıxan polis və şəhərdəki 102 saylı Rusiya Hərbi bazasının əsgələri burada çağırışçı kimi xidmət edən Valery Pavlovic Perçyakovun axtarışlarına başlayıblar. Onun eyni gündə xidməti silahını da götürüb hərbi hissəni səhər 4-də özbaşına tərk etdiyi müəyyən olunub.

Etiraz aksiyaları
Yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısına yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi üçün bu gün saat 5-ə qədər onlara vaxt vermişdilər. Yanvarın 15-də şəhər sakinləri artıq şəhər prokurorluğunun da qarşısına yığışıblar, Yerevan ve Gümrüdə Rusiya səfirliyi qarşısında polislə toqquşmalar olub.


Tarix: 07.02.2015 / 13:12 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Qərbi Azərbaycan