Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toxluca - Mədəniyyəti

Kənddə böyük orta məktəb binası,uşaq baxçası, 24 çarpayılıq xəstəxana,4 mağaza, 3 yeməkxana, inzibati bina, məişət xidməti emalatxanası, aptek, rabitə şöbəsi, mədəniyyət evi, ATS, iri heyvandarlıq kompleksləri və digər obyektlər olub. Toxlucada uzun müddət Uvoylar tayfasından Hacı Hümbətin oğlu " qlava Bayram "ın, yəni Qara Bayramın (onun əmiləri Hacı Əhməd,Hacı Məhəmməd adlı-sanlı, imkanlı və nüfuzlu ağsaqqallar olmuşlar- H.B.) təsis etdiyi və bu məqsədlə Təbrizdən xüsusi olaraq dəvət etdiyi Axund tərəfindən, eləcə də sonralar Məşədi Mir İsmayıl Ağa və Molla Əhməd (akademik Hüseyn Əhmədovun babası),nəhayət, mollalar tayfasının tanınmış üləmaları-Molla Zülfüqar- Qara Molla, Molla Mustafa tərəfindən davam etdirilən dini məktəblər, 1929-cu ildən isə həm də dünyəvi məktəblər fəaliyyətə başlamışdır. 1988-ci il deportasiyası ərəfəsində bu məktəbdə 100-ə yaxın müəllim, 1000-ə yaxın şagird oxumuşdur ki, bu müəllimlıərdən altı nəfəri ( Həsən Bayramoğlu, İbrahim Bayramov, Zakir Məmmədəliyev, Firudin Məmmədov, Əliyannaqi Məhərrəmov, Sara Bayramova ) elmlər namizədi olmuşlar. Qəsəbənin indiki adı Draxtikdir.

Sonralar qəsəbənin yetirmələrindən Ağəli Əsədov,Eyvaz Məmmədov, Hacan Orucov, Sadıq Bayramov, Həsən Talıbov sovxoza rəhbərlik etmişlər. A. Əsədov həm də, müxtəlif vaxtlarda rayonda rəhbər partiya - təsərrüfat işlərində, eləcə də qonşu kəndlərdə rəhbər vəzifələrdə çalışmışdır.


Tarix: 06.02.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 225 Bölmə: Qərbi Azərbaycan
loading...