beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toxluca - İqlimi

Toxluca qəsəbəsi mülayim iqlim qurşağında yerləşir. Dağ-meşə və dəniz iqlimi mövcuddur. Ümumi günəş radiasiyası 135 kkal/kv. sm-ə çatır. Havanın orta temperaturu yanvarda düzənlikdən dağlara doğru 0-dan – 15 dərəcəyədək dəyişir. İyulda orta temperatur +15-dən +30 dərəcəyədək olur. Ən çox yağıntı may-iyun aylarında olur. Yağıntının orta illik miqdarı 350-400 mm-dir. Torpağın qumsal həm qumsal, həm dağətəyi olması ilə əlaqədar yağıntının çoxluğu Toxlucada çətinlik yaratmırdı, əksinə burada bol yağıntı ruzi-bərəkət hesab olunurdu. Qəsəbənin (yaşayış sahəsinin) bir hissəsi qumsal,bir hissəsi çökəklikdə,əksər hissəsidə dağətəyi yamaclarda yerləşdiyindən, güclü yağışdan sonra palçıq əmələ gəlmirdi.Qəsəbənin içərisindən keçən çay və onun qolu selə səbəb olurdu. Havası yayda sərin, qışda isə soyuq olmaqla, qurudur. Ətraf ərazilər tamamilə alp və subalp çəmənlikləridir. Havanın quruluğu yüksəkliyə görə təzyiqin aşağı olmasını o qədər də hiss etdirmir. İlin yağıntılı vaxtlarında belə buludlu hava şəraiti uzun sürmür, səma isə ilin çox vaxtı açıq və günəşli olurdu. Payız və qış aylarında əsasən şimal, yaz və yay aylarında isə əsasən şimal-şərq və şimal-qərb küləkləri üstünlük təşkil edir. Yayda dağların və dərələrin qeyri-bərabər qızması səbəbilə dağ-dərə küləkləri əmələ gəlir. Gündüz mülayim küləklər dərələrdən dağlara doğru, axşam və gecə isə soyuq küləklər dağlardan dərələrə doğru əsir. Yeri gəlmişkən, el arasında – Göyçə-Qaraqoyunlu elatlarına məxsus dialekt fərqləri mövcud idi.Belə ki, Göyçə Qarabağ, Qaraqoyunlu isə Qazax dialekt zonasına daxil idi.


Tarix: 06.02.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Qərbi Azərbaycan