beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazançı (Şörəyel)

Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.

Tarixi
Rayon mərkəzindən 8 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim qədim türk mənşəli bulqar tayfasından olan qazan tayfasının adına "-çı" şəkilçisinin artırılması ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Meğraşen (Balkənd) qoyulmuşdur.

Digər
Qazançı dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Qazan türk tayfasının adı əsasında yaranmış etnooronimdir.


Tarix: 06.02.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Qərbi Azərbaycan