beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahmudlu (Qafan)

Mahmudlu (hal-hazırki adı: Getişen (erm. Գետիշեն), 1949-cü il ad dəyişikliyindən sonrakı adı: Çaykənd) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.

Kənd Qafan şəhərindən 29 km şimal-qərbdə, Gığı və Keypəşin kəndlərinin arasında, Gığı çayının sağ sahilində, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir.
Tarixi
Kəndin vaxtilə Cəbrayıl rayonunun Mahmudlu kəndinin yaylaq yeri olduğu, sonralar isə qışlağa qayıtmayan ailələrin məskunlaşması nəticəsində yarandığı söylənilir.

Adı
Topomorfantın mənası XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan şiəliyi qəbul edərək Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.

Kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilmiş, buna baxmayaraq yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırmışlar.

90-cı illərdə isə kəndin adı erməniləşdirilərək Getişen edilmişdir.

Əhalisi
Kənddə 1831-ci ildə 42 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 134 nəfər, 1904-cü ildə 596 nəfər, 1914-cü ildə 263 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələrinin hücumuna məruz qalan kənd əhalisi kəndi tərk etməyə məcbur qalmış, Ermənistanda sovet hökuməti qurulandan sonra isə 120 nəfər kənd sakini yenidən geri qayıtmışlar.

Ermənistan SSR dövründə kənddə 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 170 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz doğma kəndlərindən qovulmuşdur. İndi burada ermənilər yaşayır.

Kəndin toponimləri
Qara qaya
Lalalı yurd
Anzın
Xırman yeri
Paxlalıq
Çay arası
Körpü qayası
Ağuçuq
Yumru daş
Novlu bulaq
Dəfin kaha və s.


Tarix: 06.02.2015 / 18:36 Müəllif: Feriska Baxılıb: 116 Bölmə: Qərbi Azərbaycan