beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daşkənd (Göyçə)

Haqqında
Qədim Azəri-türk yurdu olan Daşkənd kəndi indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş qədim tarixə malik bir kənddir. Kənd Aşağı Şorça, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur.

İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.

Kənddən azərbaycanlılar qovulmamışdan əvvəl bir orta məktəb, uşaq bağçası, xəstəxana, məişət evi fəaliyyət göstərmişdir.

Kəndin relyefi onu iki hissəyə ayıran qayalar silsiləsindən ibarətdir. Kənddə iki alban məbədi mövcuddur. Qaya silsiləsində dörd böyük mağara var. Erməni işğalçıları kəndin adını dəyişərək Ayrk qoymaqla sanki türk izini silməyə çalışmışlar. Halbuki, bu kənd Azərbaycan aşıq məktəbinə Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Aşıq Hacı, Sərraf Şiruyə, Aşıq Alqayıt, Aqil İman, Qılman İman kimi saz-söz ustaları vermişdir.

Kəndin Andranikin dəstələrinə qarşı şücaətlə vuruşmuş Hacı Rəhim,Məşədi Qasım, Ziyad Babayev, Qaçaq İdris kimi oğulları olmuşdur. Kənd əhalisi 1948-1953-cü il deportasiyasına məruz qalmışdır. 1988-ci ildə isə axırıncı azərbaycanlılar sovet ordusunun ermənilərə köməyi nəticəsində öz ata-baba yurdundan qovulmuşdur.

Onların əksər hissəsi Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayır.

Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 8 km məsаfədə yеrləşir.

5 fevral 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndindən olan el sənətkarı Aşıq Nəcəf daşnaklar tərəfindən girov götürülmüşdür. Onu 2 gün ac-susuz çalıb-oxumağa məcbur etmişlər. Sonra isə Aşıq Nəcəf Çaxırlı kəndi ilə Basarkeçər arasındakı Küllütəpə adlanan yerdə ağır işgəncə ilə qətlə yetirilmişdir. Belə ki, onun kürəyinə qaynar samovar bağlayaraq küləyin əks istiqamətində qaçmağa məcbur etmişlər.

Daşkəndin adı 19 аprеl 1991-ci ildən Hayrik qoyulmuşdur.

1988-ci ilin sоyqırımınıdа kənddən həlаk оlаnlаr. Həsənоv Sultаn (1928) və Əliyеv Zеynаlаbdin (1930).


Tarix: 06.02.2015 / 18:25 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Qərbi Azərbaycan