Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firudin Rəsulov

Firudin Yusif oğlu Rəsulov — jurnalist.

Həyatı
1938-ci il martın 25-də Qərbi Azərbaycanda anadan olub. 1959-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub. Jurnalistika sahəsindəki əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan KP MK-nın Nazirlər Sovetinin nəşri kimi işıq üzü görən «Abşeron» qəzetində korrektor vəzifəsində başlayıb. Həmin qəzetdə şöbə müdiri və məsul katib vəzifələrini tutub. 1969-cu ildə o zamanın nüfuzlu «Kommunist» (indiki «Xalq qəzeti») qəzetinə dəvət edilib. Burada məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə «Həyat» qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub.

Hazırda pensiyada olan F.Rəsulov 2002-ci ildən başlayaraq on il müddətində «Azərsu» ASC-də işləyib.

Jurnalist 1988-ci ilin noyabrında «Kommunist» qəzetində gedən «Topxananın harayı» adlı yazısı, eləcə də Azərbaycan həqiqətlərinin çatdırılması sahəsindəki digər yaradılıcıq nümunələri ilə ölkəmizin müstəqilliyinə qovuşmasında müstəsna xidmətlər göstərmiş qələm sahiblərindən sayılır.


Tarix: 06.02.2015 / 17:30 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Qərbi Azərbaycan
loading...