beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rauf Hacıyev (I)

Hacıyev Rauf Qasım oğlu (4 oktyabr 1951-ci il, Zəngəzur mahalı Urud kəndi) -Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatında Büdcə şöbəsinin Yerli Büdcələrlə iş sektorunun müdiri

Həyatı
Rauf Hacıyev 4 oktyabr 1951-ci ildə Zəngəzur mahalının Urud kəndində müəllim ailəsində anadan olub.

1966-cı ildə Urud kənd 8-illik, 1968-ci ildə Naxçıvan şəhər 7 №-li orta məktəbi bitirib.

1970-1972-ci illərdə hərbi xidmətdə olub.

1975-ci ildə Bakı Maliyyə-Kredit Texnukumunu "Maliyyəçi" ixtisası üzrə,1980-ci ildə Azərbaycan Xalq Təssərrüfatı İnstitutunu(hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə-kredit fakultəsini qiyabi bitirmişdir.

Əmək fəaliyyətinə1975-ci ildə Naxçıvanda rayon Dövlət Sığorta müfəttişliyində sahə müfəttişi, baş mühasib kimi başlamış, 1978-ci ildən Muxtar Respublikanın Dövlət Sığorta İdarəsində Baş müfəttiş vəzifəsinə təyin edilmişdir.

1979-cı ildə Naxçıvan MSSR Maliyyə Nazirliyinin Büdcə şöbəsində böyük muhasib-ekspert vəzifəsinə təyin olunmuş, 1980-cı ildən Azərbaycan SSR Maliyyə Nazirliyinin Nəzarət-Təftiş İdarəsinin Naxçıvan MSSR üzrə böyük nəzarətçi-müfəttişi vəzifəsində fəaliyyət göstərmişdir.

1987-ci ildə Naxçıvan MSSR Nazirlər Sovetinin müvafiq qərarları ilə(1987-ci il 26 mart tarixli 70 №-li, 10 sentyabr tarixli 299 №-li) Naxçıvan MSSR Nazirlər Sovetinin Təşkilat-Təlimat şöbəsində təlimatçı, Muxtar Respublikanın Dövlət Plan Komissiasının sədrinin müavini vəzifələrində işləmişdir. 1988-ci ildə Naxcivan MSSR Ali Sovetinin Qərari ilə Naxcivan MSSR Xalq Nəzarəti Komitəsinin tərkibinə daxil edilmisdir.

Naxçıvan MSSR-də işlədiyi dövrdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin FƏXRİ FƏRMANI, Naxçıvan MSSR Xalq Nəzarəti Komitəsinin müvafiq qərarları ilə qiymətli hədiyyə, Fəxri Fərman və Təşəkkurnamələri, Naxçıvan şəhər Komsomol Komitəsinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Rauf Hacıyev 1989-cu ildə Azərbaycan SSR Maliyyə Nazirliyində Dövlət Büdcəsi İdarəsinin Maliyyə mexanizminin təkmillərşdirilməsi və iqtisadi təhlil şöbəsinə Baş İqtisadçı vəzifəsinə təyin olunmuşdur.

O, Azərbaycan SSR Maliyyə Nazirliyində 1990-1992-ci illərdə Sosial Sahələrin Maliyyəşdirilməsi İdarəsində rəis müavini, 1992-1993-cü illərdə Kadr və Kadr Hazırlığı şöbəsinin rəisi, 1993-1995-ci illərdə İşlər İdarəsinin müdiri vəzifələrində çalışmışdır.

1995-ci ildə Bakı şəhəri Nizami rayonu Maliyyə şöbəsinin müdiri (1998-ci ildən Maliyyə İdarəsinin rəisi), 2005-ci ildə Bakı ş. Nərimanov rayonu uzrə Maliyyə İdarəsinin rəisi, 2010-cu ildə isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatında Büdcə şöbəsinin Yerli Büdcələrlə iş sektorunun müdiri vəzifələrinə təyin olunmuşdur. 2005-2009 cu illərdə Nərimanov rayon İcra Hakimiyyətinin Şura üzvü təsdiq edilmiş və fəaliət göstərmişdir.

Dövlət qulluqunun kiçik müşaviridir. 2011-ci ildə Maliyyə Nazirliyi sistemində uzun müddətli və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təşəkkürnaməsi ilə təltif edilmişdir.

İşlədiyi dövrdə YAP Nizami rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri, İdarə Heyətinin üzvü seçilmiş, YAP-ın II-III və IV qurultaylarının iştirakçısı olmuşdur.

Ailəlidir, 3 övladı, 4 nəvəsi var.


Tarix: 06.02.2015 / 17:16 Müəllif: Feriska Baxılıb: 141 Bölmə: Qərbi Azərbaycan