beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfa Məmmədova (müğənni)

Məmmədova Şəfa Səyyad qızı — azərbaycanlı müğənni.

Həyatı
Məmmədova Şəfa Səyyad qızı 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə Şəfada ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib.

Hələ uşaq yaşlarından şer yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib.

Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı. Şəfa mütamadi olaraq müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlara laiq görülmüşdür. Qısa bir zamanda xalqın sevimlisinə çevrilən Şəfa Məmmədova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.


Tarix: 06.02.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Qərbi Azərbaycan