beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Həsənov (jurnalist)

Həsən Həsənov (azərb. Həsən Zal oğlu Həsənov; d. 30 avqust, 1954, Ardanış, Göyçə mahalı) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002 – indi), "Azərbaycan Respublikasının əməkdar jurnalisti" (2005), "Vətənə xidmətə görə" ordeni laureatı (2014)

Həyatı
Həsən Həsənov 1954-cü il avqustun 30-da Göyçə mahalının Ardanış kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1977-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə zabit kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Ensiklopediyasında fəaliyyətini davam etdirmiş, "Uşaq Ensiklopediyası"nın və bir sıra ensiklopedik məlumat kitablarının hazırlanmasında iştirak etmişdir.

"Vətən səsi" qəzetində şöbə müdiri, "Amal" və "Yeni Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini postlarını tutub.

"Respublika" qəzetində baş redaktor müavini, Azərbaycan Televiziyasının "Xəbərlər" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində televiziya üzrə sədr müavini olub.

2002-ci ilin aprelindən "Xalq qəzeti"nin baş redaktorudur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsini hüquqşünas ixtisası ilə bitirmişdir.

Bir neçə kitabın tərtibçisi və redaktoru, müxtəlif filmlərin ssenari müəllifi və redaktorudur.

Mükafatları
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Həsən Həsənov respulika mətbuatının inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" adına layiq görülmüşdür.

2014-cü il sentyabrın 1-də Həsən Həsənov milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.


Tarix: 05.02.2015 / 17:36 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Qərbi Azərbaycan