beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsgəndərov Eltun Xaləddin oğlu
İsgəndərov Eltun Xaləddin oğlu

21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. O, 1997-98-ci tədris ilində Əhmədbəyli kənd orta məktəbinin birinci sinfinə getmişdir. Eltun İsgəndərov 2007-2008-ci tədris ilində orta təhsilini başa vurmuşdur.

2008-ci il oktyabrın 22-də Rayon Hərbi Komassarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Eltun üç ay Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində təlim mərkəzində karantində olmuş, təlimlər keçmişdir. E.İsgəndərov daha sonra Cəlilabad rayonunun Göytəpə şəhərindəki "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətini davam etdirmişdir.
O, xidmət etdiyi dövrdə özünü nümunəvi əsgər kimi göstərmiş, Dövlət Sərhəd Xidməti komandanlığı tərəfindən layiqincə qiymətləndirilmişdir. Ailəsinə "Təşəkkür məktubu" göndərilmiş, döş nişanı ilə təltif edilmişdir.
Eltun İsgəndərov 18 iyun 2009-cu il tarixində Dövlət sərhəddini pozan bir qrup cinayətkarla mübarizə zamanı qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı Fərmanı ilə İsgəndərov Eltun Xaləddin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Subay idi.

Samux rayonunun Əhmədbəyli kənd qəbristanlığında dəfn olunmuşdur.


Tarix: 09.06.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Qəhramanlar