beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QəhramanlarRüstəmov Füzuli Salah oğlu

Rüstəmov Füzuli Salah oğlu

25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır. Qəlbi daima Vətən eşqi ilə dou olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni posyuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Ardı »

QəhramanlarMehdi Hüseynzadə

Mehdi Hüseynzadə vətənimizdən çox uzaqlarda faşist düşərgəsində ağır işgəncələrə mətanətlə sinə gərmiş, sonra əsir düşərgəsindən qaçıb, Yuqoslaviya, Triyest, İtaliya partizan dəstələri ilə düşmənə qarşı birgə amansız mübarizə aparmışdır. 1908(9)-ci ildə Bakıda anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş və bu məktəbi bitirmişdir. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.

Böyük Vətən Müharibəsi başlananda müharibəyə yollanmış, 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanmış və faşistlər tərəfindən əsir alınmışdır. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən Ardı »

QəhramanlarKoroğlu Rəhimov

Həyatı

Koroğlu İsmayıl oğlu Rəhimov 31 Oktyabr 1953-cü ildə Oğuz rayonunda anadan olmuşdur. 1960-cı ildə Yaqublu kənd orta məktəbinə getmişdir. 1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar rayonuna köçmüşdür. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır.
Döyüşlərdə iştirakı

Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 aprel “N” saylı bölüyə komandir təyib edilən Koroğlunun şərəfli döyüş yolu başladı. 13 iyun Ardı »

QəhramanlarÇingiz Mustafayev

Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.
Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi.

Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri Ardı »

QəhramanlarAxundov Səfa Fətulla oğlu

Axundov Səfa Fətulla oğlu

19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından Təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı Aeroportda pilot təyin edilir. 1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının vətənimizə təcavüzünə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat “Azal-aero” Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Üç heyət Ardı »

QəhramanlarƏhmədiyyə Cəbrayılov

Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonunun Oxut kəndində anadan olmuşdur. Fransada Müqavimət hərəkatının iştirakçısı, partizan, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda vuruşmalarda iştirak etmişdir. Fransanın orden və medalları ilə təltif edilmişdur. Fransanın Milli qəhrəmanı adına layiq görülmüş və Fransanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

1920 (20 sentyabr) Fransada Armed Mişel adı altında tanınmış, Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov, Azərbaycan Sovet Sosialist Respublikası Şəki rayonunun Oxud kəndində dünyaya göz acır.

1934 Komsomolun - Gənc Kommunistlər Birliyinin - üzvü olur.

1935 Şəkidə Kənd Təsərrüfatı Texnikumuna, Zootexnika və Aqronomiya Fakültəsinə daxil olur.

1938 Aqronomiya ixtisası üzrə ixtisaslaşır.

1939 Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama Ardı »

QəhramanlarEmin Quliyev

Emin Quliyev

Emin Quliyev — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Həyatı

Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev “N” saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən Ardı »

QəhramanlarBəhruz Mənsurov

Həyatı

Mənsurov Bəhruz Qəhrəman oğlu 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsinə daxil olmuşdur.

1995-ci il Mart hadisəsi baş verərkən Mənsurov Bəhruz Milli Ordu sıralarında idi.

13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı qəhrəmancasına həlak həlak oldu.

Ailəsi

Subay idi.



Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır.

Oxuduğu orta məktəb qəhrəmanımızın adını Ardı »

QəhramanlarEtibar İsmayılov

Həyatı

29 mart 1964-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.
Döyüşlərdə iştirakı

Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.
Ailəsi

Subay idi.
Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin Ardı »

QəhramanlarAllahverdiyev Namiq Müslüm oğlu

Allahverdiyev Namiq Müslüm oğlu

5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə 1-saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür. 1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi, könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il avqust ayının 31-də DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Marquşevan, Həsənqaya, Malalan, Birinci və İkinci Çaylı kəndləri erməni basqınçılarından Ardı »

QəhramanlarRiad Əhmədov

Riad Fikrət oğlu Əhmədov (1956 - 1992) – Azərbaycan Respublikası Prezidentinin 07 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə Ardı »

QəhramanlarAqarunov Albert Aqarunoviç

Aqarunov Albert Aqarunoviç

25 aprel 1969-cu il Bakı Şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir. 8 may 1992... Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir, yenidən irəli Ardı »

QəhramanlarBağırov Tahir Əminağa oğlu

Bağırov Tahir Əminağa oğlu

14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Karasnovodsk şəhərində anadan olmuşdur. 1957-ci ildə ailəsi ilə birlikdə Əli Bayramlı şəhərinə köçmüşdür. 1977-ci ildə burada hərbi xidmətə çağırılmışdır. 1979-cu ildə ordudan tərxis olunmuşdur. Tahir 1988-ci illər Milli Azadlıq Hərəkatının iştirakçısı olmuşdur. 1990-cı il qanlı Yanvar hadisəsi zamanı yaralılara kömək edərək onları təhlükəsiz yerə aparmışdır. 1992-ci il o könüllü olaraq özünü müdafiə dəstələrindən birinə yazılır. “N” saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin edilir. Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin çıxarılmasında böyük rəşadət göstərmişdir. Tahir Füzuli, Ağdərə, Laçın rayonlarında gedən döyüşlərdə xüsusi fərqlənmişdir. 1992-ci il oktaybrın 11-i Laçının Səfiyan kəndi uğrunda gedən döyüşdə əsir Ardı »

QəhramanlarEdilov Yelmar Şahmar oğlu

Edilov Yelmar Şahmar oğlu

10 aprel 1946-cı ildə Ağdam rayonunda anadan olmuşdur. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. 1988-ci illərdə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavab vermişdilər. 1994-cü il 11 aprel düşmən böyük qüvvə ilə hücuma keçir, düşmənə sol cinahdan əks Ardı »

QəhramanlarAllahverdiyev Elbrus Hacı oğlu

Allahverdiyev Elbrus Hacı oğlu

27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. 18 saylı məktəbi bitirdikdən sonra isə 1976-1978-ci illərdə Sovetlər Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır. O Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Elbrus Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərdi düşmənin zirehli texnikalarını sıradan çıxardı. Ağdərədə isə quldurların reaktiv artilleriyasını sərrast atəşlərlə sıradan çıxardı. 1993-cü il iyun ayının 12-də işğalçılar ağdam üzərinə hücuma keçdi Elbrus düşmənin xeyli canlı qüvvəsini məhv etdi və onlar geri Ardı »

QəhramanlarDilqəm Nağıyev

Həyatı

24 iyun 1975-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü il 7 avqust Milli Ordu sıralarında çağırılır.



Döyüşlərdə iştirakı

Bakıdakı “N” saylı hərbi hissədə təlim keçdikdən sonra isə Füzuli cəbhəsinə göndərilir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. Komandirləri onun bu bacaracağlarını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Gəncədə dövlət çevirilişinə cəhd edilərkən Dilqəm də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etdi. 1995-ci il 13-17 mart hadisələri zamanı o yenidən silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda iştirak Ardı »

QəhramanlarFəxrəddin Şahbazov

Həyatı

Fəxrəddin Şahbazov 22 yanvar 1950 -ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır.

Döyüşlərdə iştirakı

198-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd Ardı »

QəhramanlarAllahverdi Bağırov

Həyatı

Allahverdi Bağırov 1946-cı il Aprelayının 22-də Ağdamda anadan olub. Orta təhsilin ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində bə sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə ,,Qarabağ futbol komandasının yadda qalan üzvülərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.
Döyüşlərdə iştirakı

Qarabağ müharibəsi başlayanda ilk yaradilan bataliyonlardan birinə, ,,Vətən oğulları,, bataliyonuna Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O, Xocalı Ardı »

QəhramanlarYalçın Nəsirov

Həyatı

23 yanvar 1976-cı ildə Astara rayonunda anadan olmuşdur. 1982-1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Astara Ardı »