Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahverdi Bağırov

Həyatı

Allahverdi Bağırov 1946-cı il Aprelayının 22-də Ağdamda anadan olub. Orta təhsilin ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində bə sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə ,,Qarabağ futbol komandasının yadda qalan üzvülərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.
Döyüşlərdə iştirakı

Qarabağ müharibəsi başlayanda ilk yaradilan bataliyonlardan birinə, ,,Vətən oğulları,, bataliyonuna Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsrlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi.Ən böyük hərbi uğuru 1992-ci il 12 iyunda Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olmuşdur.O zaman Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, Döyüşçülər Əsgəran qalasına qədər irəlləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olmuşdur.
Ailəsi

Ailəli idi, bir oğlu iki qızı var.


Milli Qəhrəman


Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 24.08.2012 / 00:16 Müəllif: [Ram] Baxılıb: 727 Bölmə: Qəhramanlar
loading...