Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağırov Tahir Əminağa oğlu
Bağırov Tahir Əminağa oğlu

14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Karasnovodsk şəhərində anadan olmuşdur. 1957-ci ildə ailəsi ilə birlikdə Əli Bayramlı şəhərinə köçmüşdür. 1977-ci ildə burada hərbi xidmətə çağırılmışdır. 1979-cu ildə ordudan tərxis olunmuşdur. Tahir 1988-ci illər Milli Azadlıq Hərəkatının iştirakçısı olmuşdur. 1990-cı il qanlı Yanvar hadisəsi zamanı yaralılara kömək edərək onları təhlükəsiz yerə aparmışdır. 1992-ci il o könüllü olaraq özünü müdafiə dəstələrindən birinə yazılır. “N” saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin edilir. Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin çıxarılmasında böyük rəşadət göstərmişdir. Tahir Füzuli, Ağdərə, Laçın rayonlarında gedən döyüşlərdə xüsusi fərqlənmişdir. 1992-ci il oktaybrın 11-i Laçının Səfiyan kəndi uğrunda gedən döyüşdə əsir düşən əsgərlərimizi xilas edib geri dönən Tahirin vertolyotu erməni basqınçıları tərəfindən vurulur, bütün heyət həlak olur.

Ailəli idi iki oğlu var.

Azərbaycan Respubliksaı prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Bağırov Tahir Əminağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakının şəhidlər xiyabanında dəfn edilmişdir.

Həzi Aslanov qəsəbəsindəki 59 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.


Tarix: 09.06.2015 / 13:57 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Qəhramanlar
loading...