Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhədov Elşad Saday oğlu
Əhədov Elşad Saday oğlu

4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi litseyə daxil olmuşdur. Sonra ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur.

1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir. Əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzuli, Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli, Şişqaya, Beyləqanda vuruşmuşlar. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, bu döyüşdə o, əbədi gözlərini yumur.

Ailəli idi.İki uşağı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı“ adına layiq görülmüşdür.

Təzə Alvadı kəndində dəfn edilmişdir.

Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.


Tarix: 09.06.2015 / 14:11 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Qəhramanlar
loading...