Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məməmədov Eldar Harun oğlu
Məməmədov Eldar Harun oğlu

10 yanvar 1968-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1974-cü ildə Bakıda 189 saylı orta məktəbə getmiş, 1982-ci ildə səkkizinci sinfi bitirmişdir. 1982-85-ci illərdə C.Naxçıvanski adına Hərbi Məktəbdə oxumuşdur. Daha sonra SSSR-nin silahlı qüvvələrində qulluq etmişdir. Eldar 1993-cü ildən könüllülərdən ibarət batalyona yazılır və Ağdərədə gedən döyüşlərdə iştirak edir. 1993-cü il Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə xeyli quldur məhv edən Eldar qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 09.06.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Qəhramanlar
loading...