Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhərrəmov Asif Yusif oğlu
Məhərrəmov Asif Yusif oğlu

26 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1969-cu ildə burada 1 saylı məktəbi bitirmişdir. Uşaqlıqdan kasıblıqla yaşayan Asif məktəbi bitirən kimi işləməli olur. Haqq, Ədalət, Namus, Qeyrət prinsipləri ilə yaşayan Asifin həyat yolu hamar olmur o həbsxana həyatı keçirir...1971-ci il 30 oktyabr kinoteatra gedir axşam burada dava düşür onu həbs edirlər, 2 il iş kəsilir 9 ayını türmədə yatır qalanı isə məcburi işlə əvəz olunur. Bir müddət sürücü işləyən Asif təsadüf nəticəsində “Təcili yardım” maşınını vurur həbs edilir 3 il 8 ay həbsxana həyatı yaşayır. Azad edildiyi vaxt ermənilər azərbaycanlıları öz yurdlarından zorla çıxarmağa başlamışdılar bununla barışmayan Asif Ağdamda könüllü özünümüdafiə batolyonunu yaratdı. 1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdir. Xocalı faciəsi zamanı dinc sakinləri xilas etmişdi. Asif 1992-ci il 7 mart “N” saylı hissəyə komandir təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhraz kəndləri düşməndən azad edildi. 24 iyun 1992-ci il Naxçıvanikdə ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1993-cü il 27 oktyabr onun səhhəti ağırlaşır hərbi hissəni təhvil verərək müalicəsini davam etdirməli olur. 1994-cü ildə bu məqsədlə Yaltaya gedən polkovnik-leytenant Asif Məhərrəmov 1 iyul vəfat edir.

Ailəli idi, bir övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı şəhərində qəhrəmanımızın adına küçə var.


Tarix: 09.06.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Qəhramanlar
loading...