beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abdullayev Şövqiyar Cəmil oğlu
Abdullayev Şövqiyar Cəmil oğlu

5 aprel 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstituna (indiki Texniki Universitet) daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra isə ordu sıralarına çağrılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. Vətənimizin aslan ürəkli övladı könüllü olaraq 1992-ci ildə Milli orduya yazılır. Ağdamda təşkil edilmiş Tank briqadasına komandir təyin edilir. Onun Tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçir, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda döyüşlər gedir. Avqustun 23-ü... Şövqiyar öz tankı ilə çox əlverişli mühüm yeri qoruyurdu. Ama nədənsə onu Abdal-Gülablı kəndindən çıxarıb Ağdərəyə göndərirlər. Dranbon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyarın tankı bir neçə dəfə vurulur. Hər iki ayağından yaralanan tank komandirini Ağdam hərbi hospitalına çatdırırlar, azacıq özünə gələn kimi o yenidən cəbhəyə qayıdır. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə o öz yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə vətən torpağı uğrunda qəhrəmanlıq göstərərək əbədiyyətə qovuşur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layig görülmüşdür.

Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 09.06.2015 / 12:51 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Qəhramanlar