beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağayev Fərhad İslam oğlu
Ağayev Fərhad İslam oğlu

4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. O 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyidəhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart o qardaş gülləsindən ağır yaralanır, mart ayının 15-i bu yaradan həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğluna olümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı ” adına layiq görülmüşdür.

Sabirabad rayonundakı şəhidlər xiyabanında dəfn edilmişdir. Bitirdiyi orta məktəb onun adını daşıyır.


Tarix: 09.06.2015 / 12:56 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Qəhramanlar