Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahmudov Ərəstun İspəndi oğlu
Mahmudov Ərəstun İspəndi oğlu

23 fevral 1957-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi... Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.

Ailəli idi, üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhərmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib .

Oxuduğu 220 saylı orta məktəb qəhrəmanımız Ərəstunun adını daşıyır.

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.


Tarix: 09.06.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Qəhramanlar
loading...