beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paşayev Bəxşeyiş Xanəhməd oğlu
Paşayev Bəxşeyiş Xanəhməd oğlu

1 may 1936-cı ildə Ağdam rayonunda anadan olmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşmişdi... Əli və Bəxtiyarın ölümündən sonra Baxşeyiş xalq hərəkatına qoşulur...Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırar, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər edərdi. Baxşeyiş “Qarabağ Müdafiə Şahinləri” dəstəsinin ən fəal üzvlərindən idi. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdi. “Ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyi canlı qüvvəsini məhv etmişdi. Dəfələrlə Xanabad, Naxçıvanik, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdi. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdi. 1992-ci il 12 iyul erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişdilər əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirdilər qəfil atılan güllə Vətnimizin cəsur övladının həyatını qırdı...O, döyüş meydanında qəhrəmancasına həlak oldu.

Ailəli idi, doqquz övladı var.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.


Tarix: 09.06.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Qəhramanlar