beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağayev Bəylər Tapdıq oğlu
Ağayev Bəylər Tapdıq oğlu

3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Reespublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq ordu sıralarına yazılır. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. 1992-ci il...Avqustun 6-sı... Erməni irqçi vəhşilərinin növbəti hücumu Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun” və hücuma keçirlər onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələrdə özləri ən uca zirvə şəhidlik zirvəsinə ucalırlar.

Subay idi.

Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qarağaclı kəndində dəfn edilmişdir, bu kənd hazırda erməni işğalı altındadır.


Tarix: 09.06.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Qəhramanlar