beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahverdiyev Elbrus Hacı oğlu
Allahverdiyev Elbrus Hacı oğlu

27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. 18 saylı məktəbi bitirdikdən sonra isə 1976-1978-ci illərdə Sovetlər Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır. O Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Elbrus Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərdi düşmənin zirehli texnikalarını sıradan çıxardı. Ağdərədə isə quldurların reaktiv artilleriyasını sərrast atəşlərlə sıradan çıxardı. 1993-cü il iyun ayının 12-də işğalçılar ağdam üzərinə hücuma keçdi Elbrus düşmənin xeyli canlı qüvvəsini məhv etdi və onlar geri çəkildi. Faşistlərin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14 də oldu, onlar Şelli kəndi istiqamətində irəliləmək istəsələrdə Elbrusun dəqiqliyi ermənilərin xeyli itkisi ilə nəticələndi və onlar geri çəkildi. İyunun 16-da işğalçıların növbəti hücumu zamanı Elbrus əsgər yoldaşları ilə piyadaların köməyinə gedir o mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdılar lakin onu xilas etmək mümkün olmur...

Evli idi, Üç övladı yadigar qalıb.

Azərbaycan Respubliksı prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.


Tarix: 09.06.2015 / 12:53 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Qəhramanlar