beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahverdiyev Namiq Müslüm oğlu
Allahverdiyev Namiq Müslüm oğlu

5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə 1-saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür. 1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi, könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il avqust ayının 31-də DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Marquşevan, Həsənqaya, Malalan, Birinci və İkinci Çaylı kəndləri erməni basqınçılarından azad edilmişdi. 9 iyul 1992-ci il erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qaşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayı eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.

Subay idi.

Azərbaycan Respubliksaı prezidentinin 8 oktyabr 1992 ci il tarixli 264 saylı fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.

Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.


Tarix: 09.06.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qəhramanlar