beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salatın Əsgərova

Salatın Əziz Qızı Əsgərova
1962 - 1991

Azərbaycan

RESPUBLIKASININ PREZİDENTİNİN

FERMANINDAN:


Qarabağın dağlıq hissesinde baş veren hadiselerin respubilka ve dünya ictimaiyyetine çatdırımasında xüsusi xidmetlerine, xidmeti borcunu yerine yetirerken igidlik ve şücaet gösterdiyine gore “ Molodyoj Azerbaydjana” qezetinin müxbiri Salatın Eziz qızı Esgerovaya “AZERBAYCANIN MİLLİ QEHREMANİ” adı verilsin (ölümünden sonra)…




Bakı şeherinde anadan olmuşdur. 18 saylı şeher orta mektebini bitirdikden sonra Azerbaycan Neft ve Kimya İnstitutuna daxil olmuş, 1984-cü ilde geofizika ixtisası üzre mühendiz diplomu almışdır.
Derin müşahide, gördüklerini tehlil etmek qabliyyetine malik olan bu qızı jurnalistika özüne daha çox celb edirdi. O , 1984-cü ilden müqavile ile “Baku” qezetinde, 4 il sonra ise “Molodyoj Azerbaydjana” qezetinde işlemeye başladı.
Salatın müxtelif mövzularda yazırdı. Onun qezet sehvelerinde toxunduöu problemler heyatımızın en vacib, en ümde meseleleri idi. Ancaq Qarabağ problemi, Azerbaycanın bütövlüyü, ermeni qesbkarlarına qarşı igidlikle vuruşan oğullarımızın merdliyi heyatının son 3 ilinde Salatın Esgerovanın yazılarının başlıca mövzusuna çevrilmişdir. Peşesine sadiq olan bu qorxmaz qadın Qarabağın en odlu nöqtelerinde olurdu. “Molodyoj Azerbaycana” qezetinin oxucuları onun doğma torpağa mehebbet, azğın düşmene nifret dolu oçerklerini, yol qeydlerini sebirsizlikle gözleyirdiler.
Salatın Qarabağa növbeti ezamiyyetden qayıtmadı. 1991-ci il yanvarın 9-da düşmen güllesi balaca Ceyhunu anasız qoydu. O, Bakıdakı Şehidler Xiyabanında defn olunmuşdur.
Salatın Eziz qızı Esgerova ölümünden sonra Beynelxalq Jurnalistler İttifaqı Konfederasiyasının laureatı adına laiq görülmüş, adına küçe verilmişdir. Yaxınlıqda qetle yetirildiyi kend Salatınkend adlandırılmışdır.


Azerbaycan öz övladları - oğulları və qızları ilə fəxr edir...

Allah məzarını hüzurla doldursun... Amin!!!


Tarix: 23.08.2012 / 23:38 Müəllif: [Ram] Baxılıb: 1906 Bölmə: Qəhramanlar