Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağayev Faiq Alış oğlu
Ağayev Faiq Alış oğlu

1969-cu il iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış, polis alayına yazılır. 1991-ci il dekabr ayının 23-ü... Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalmışdı, günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan vəhşicə qətlə yetirirdilər. Döyüşçülərimiz yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi. O son ana qədər mövqeyini tərk etmədi, son damla qanına və son nəfəsinə qədər vuruşdu Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264-saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.


Tarix: 09.06.2015 / 13:56 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qəhramanlar
loading...