Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Davidoviç Anatoli Nikolayeviç
Davidoviç Anatoli Nikolayeviç

28 mart 1965-ci ildə Belarus Respublikasının Siutet şəhərində dünyaya göz açmışdır. 1992-ci ilin iyununadək SSSR, sonra isə Rusiya ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır. “N” saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi... Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır onu xilas etmək mümkün olmur xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalda gözlərini əbədi yumdu.

Ailəli idi.

Azərbaycan Respublikası prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Belarus Respublikasının Siutet şəhərində dəfn edilmişdir.


Tarix: 09.06.2015 / 14:01 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qəhramanlar
loading...