beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəfərov Faiq Əliquli oğlu
Cəfərov Faiq Əliquli oğlu

1 may 1974-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1982-ci ildə birinci sinfə getmiş 1991-ci ildə məktəbi bitirmişdir. 1992-ci ildə Milli Ordu sıralarına daxil olmuşdur. Naxçıvanın ilk sərhədçilərindən biridə Faiq olmuşdur. 1995-ci il mart hadisələri zamanı o Naxçıvandan Bakıya göndərilir dövlətçiliyimizə xəyanət edən satqınları zərərsizləşdirərkən güllə yarası alır Sabunçu rayon xəstəxanasına çatdırılan Faiqin həyatını həkimlər xilas edə bilir. Bir müddət sonra isə o ehtiyata buraxılır.

Azərbaycan Respublikası prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı fərmanı ilə Cəfərov Faiq Əliqulu oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır. Ürəyi daima vətən eşqi ilə yanan Faiqin arzuları çox idi. Lakin 19 avqust 1999-cu ildə avtomobil qəzasında onun arzularla dolu ürəyi dayandı...

Ailəli idi, iki övladı var.

Cəlilabad rayonunda dəfn edilmişdir.


Tarix: 09.06.2015 / 13:01 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Qəhramanlar