Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emin Quliyev
Emin Quliyev

Emin Quliyev — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Həyatı

Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev “N” saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adna layiq görülmüşdür.

Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Sahil qəsəbəsindəki 14 saylı məktəb, bir küçə və park qəhrəmanımızın adını daşıyır.


Tarix: 09.06.2015 / 14:05 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Qəhramanlar
loading...