Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babayev Əjdər Xalıqverdi oğlu
Babayev Əjdər Xalıqverdi oğlu

1950-ci il 26 avqust Qazax rayonunda anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü. 1995-ci il... 13-17 mart hadisələri...Vətənin sarsıntılı günləri idi, bir qrup silahlı dəstə xarici qüvvələrin təsiri ilə yenicə qurulmuş dövlətimizə xəyanət etdərək hakimiyyəti ələ almağa çalışırdı. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu.

Evli idi, dörd övladı yadigar qalıb.

Azərbaycan Respubliksaı prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Ağstafada dəfn edilmişdir, adına məktəb var.


Tarix: 09.06.2015 / 13:57 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Qəhramanlar
loading...