beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3D eynəkləri gözə ziyandır

Bu eynəklərlə uzun müddət filmə tamaşa etmək baş hərlənməsi, göz yorğunluğu və ətrafa uyğunlaşma problemi kimi şikayətlərə səbəb olur.
Üç ölçülü filmlərə baxmaq üçün istifadə olunan 3D eynəklər göz xəstəliyi olanlar üçün təhlükəlidir. Mütəxəssislər bildirib ki, bu eynəklərlə uzun müddət filmə tamaşa etmək baş hərlənməsi, göz yorğunluğu və ətrafa uyğunlaşma problemi kimi şikayətlərə səbəb olur. Bundan başqa kino-teatr kimi ümumi yerlərdə bir çox insan tərəfindən istifadə olunan eynəklərin mikrob daşıyıcısı olduğu da bildirilir. Mütəxəssislər uzun müddət 3D eynəklə filmə tamaşa edənlərə xəbərdarlıq edərək bu eynəklərin şəxsi olmasını və ya ümumi istifadə olunanların daha sonra tullanılmasını məsləhət görür.

Gözündə narahatlığı olanlara hər yarım saatdan bir gözlərinə 5.10 dəqiqə istirahət verməyi məsləhət görən mütəxəssislər 7 yaşından kiçik olanların belə eynəklərdən istifadə etməsinin doğru olmadığını bildirirlər.


Tarix: 16.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Oftalmologiya