beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz əməliyyatlarında bionik dövr başlayır

Məlumata görə "bionik göz əməliyyatı" verilən müalicə üsulu Türkiyə Respublikasında tətbiq oluna bilər.
Türkiyəli Prof. Dr. Emin Özmert və Dos. Dr. Dilek Güvən 1,5 il əvvəl "Argus II" implantın tətbiqinin Hollandiyalı xəstələrə faydası olduğunu bildirib.

"Bionik Göz" kimi tanınan "Argus II" implant əməliyyatı, "toyuq korluğu" olan xəstələrə də kömək edəcək. Göz yuvalarına yerləşdirilən elektrod, əlaqəli bir kamera və gözlükdən ibarət sistemlə beyinə vizual məlumat çatdırılmasına və bu sahədə görmə funksiyasının reallaşmasına təsirli olacaq.

Məlumatda oda bildirilir ki, mövzu ilə bağlı Amerikan Qida və Dərman Dairəsi şərh verib. Bu qurumun təsdiq etdiyi və CE sertifikatı verdiyi müalicə əməliyyatı, 17 dekabrda İstanbul şəhərində veriləcək mətbuat konfransı ilə geniş bir şəkldə tanıdılacaq. Tədbirə Jeroen Perkin, Korlar vəqfinin Başçısı Oya Sebum da iştirak edəcək.


Tarix: 16.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Oftalmologiya