beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda olan göz problemləri

İnsan ətraf mühit haqqında informasiyanın çoxunu göz vasitəsi ilə alır. Bu baxımdan göz insan həyatında xüsusi əhəmiyyətə malikdir. Uşaqlarda yaranan göz pozğunluqları bəzi ailələr tərəfindən ötəri qəbul edildiyindən, gözü zəiflədən təsirlərə laqeyd münasibət olduğundan görmə qabiliyyətində ciddi problemlər olur.
Böyüklərdə olduğu kimi uşaqlarda da gözdə sulanma, işıqdan narahatlıq, sürüşmə halları, göz təbəqələrinin vəziyyətində olan mənfi dəyişmələr və s. narahatlıqlar olduqda mütləq göz həkiminə müraciət etmək lazımdır. Göz müalicəsi zamanı müayindən sonra müxtəlif sınaq testləri də aparıla bilər. Bu müalicənin keyfiyyətli olması üçün vacib amillərdən hesab olunur.
Günümüzün əhəmiyyətli problemlərindən biri indiki vaxtda erkən doğan körpələrin göz problemləridir. Kiçik doğulmuş körpələrdə korluğa qədər gedə bilən premature retinopatisi olaraq bilinən xəstəliklə yanaşı, miopiya, hipermetropiya, astiqmatizm, göz tənbəlliyi və s. kimi bir çox problem də yarana bilər. Bu səbəbdən də vaxtından qabaq dünyaya gələn körpələrin ilk dörd həftəsinin sonundan etibarən müşahidlərin başlanması və uşağa periodik bir şəkildə məktəb vaxtına qədər nəzarət edilməlidir.
Göz problemləri sırasında katarakt problemləri də ola bilər. Əgər göz bəbəyinin ortasında ağ nəsə olduqda belə bu həmin xəstəliyin əlaməti kimi qiymətləndirilir və vaxtında müalicəyə başlanılmasında fayda var. Bu gözün arxa tərəfində meydana gələcək göz şişlərinin qarşısını almağa kömək edir.


Tarix: 16.01.2015 / 13:27 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Oftalmologiya