Notice: Undefined index: page in /home/haqqinda/web/haqqinda.az/public_html/functions.php on line 51
Oftalmologiya

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

OftalmologiyaSağlam gözlər üçün qidalanma

Verilən məlumatlara görə tədqiqatçılar bildiriblər ki, antioksidantlar və başqa əhəmiyyətli qidalar göz xəstəliklərindən hesab olunan katarakt və makulanın degenerasiyası riskini azalda bilər.

Bəzi antioksidantların əlavə faydalarına görə korluğa qarşı qoruyur (A vitamini) və C vitaminin qlaukomanın qarşısını almaq və ya yüngülləşdirməkdə kömək etdiyi bildirilir. Omega-3 əsas yağ turşuları görünüşünə görə, quru göz sindromunun əlamətlərinə qarşı təsirlidir.
Vitamin və mikroqidalarda gözə faydalı hesab olunur. Aşağıdakı vitamin, minerallar və başqa qidaların görmə üçün faydalı olduğu və gözləri görüşü pozan vəziyyətlər və xəstəliklərdən qoruduğu göstərilmişdir.

Bunlara beta-karotin, omeqa-3 yağ turşular, selenium, A Vitamini, C Vitamini, D Vitamini, E Vitamini, sinkin aid olduğu bildirilir.
Ümumiyyətlə, həftədə ən az iki Ardı »

OftalmologiyaGöz ağrısının ev mühitində müalicəsi

Göz ağrısının ev mühitində müalicəsi gözü su ilə yumaqla da olur. Gözə xarici bir cisim düşdükdə gözü ovuşturmaq məsləhət deyil.
Bu, maddənin gözə sürtünməsinə və ya daha dərinlərə düşməsinə səbəb olar. Belə hallarda gözə ilkin tibbi yardım göstərilməlidir.
Kimyəvi maddə və ya xarici bir cisim düşübsə dərhal ilıq su və ya apteklərdə satılan göz yuma məhlulundan istifadə etmək olar.
Daha sonra vacib tədbirlər görmək və həkimə müraciət etmək lazımdır.
Göz ağrılarına səbəb olan amillərdən biri də kiçik xarici cisimlərin gözün üst qapağının içində sıxışıb qalmasıdır. Buda öz növbəsində gözün üst qapağında problem yaradır. Bu cür hallarda sadə xarici cisimləri çıxarmaq mümkündür. Prosesdən sonra Ardı »

OftalmologiyaGöz həkiminə nə vaxt gedilməlidir?

Uşaqlarda gec fərq edilən göz problemlərinin həlli böyük bir əhəmiyyətə malikdir. Uşağınızı diqqətli araşdıraraq görmə qabiliyyətində olan əlamətləri bilmək mümkündür. Uşağınızı diqqətli tədqiq edərək görmə qabiliyyətində olan əlamətlərdən xəbəriniz olacaq.
Xüsusi ilə bunlara diqqət yetirmək vacibdir: uşağınız yeni obyektlərə, insanlara maraq göstərmirsə, onları görməməzlikdən gəlirsə və baxışlarını cəmləyə bilmirsə, uzaqda və yaxında olan obyektləri tanımırsa deməli onun görmə qabiliyyətində problem var. Ayaqları davamlı bir şəkildə yerə ilişir və əşyalara dəyirsə, gördüyü obyektləri əsl yerlərində yox , gözü yan tərəfə uzanaraq görürsə bu zaman onun gözündə ciddi problemlər ola bilər.
Doğulduqdan dərhal sonra: gözbəbəkləri boz-ağ bir rəng olarsa, körpəniz işığa baxmadıqda ya Ardı »

OftalmologiyaHava dəyişiklikləri göz soyuqdəyməsinə səbəb olur

Hava dəyişiklikləri göz soyuqdəyməsinə səbəb olur. Bu daha çox göz ağının və göz qapaqlarının iç qismini örtən pərdənin iltihablanması nəticəsində yaranır.
Göz nahiyəsində qızartı, sulanma, qaşıntı, göz qapaqlarının şişməsi və yapışması kimi hallar meydana gəlir. Türkiyəli mütəxəssis Dr. Gökhanın sözlərinə görə müalicə edilmədikdə ciddi göz problemləri yarada bilər.
Xalq arasında göz soyuqdəyməsi kimi bilinən 'konyuktivit', göz səthinin yoluxucu infeksiyalarından biridir. İlin hər dövründə hər adamda görülə bilər. Virusun gözə alınmasından sonra 2-3 həftəlik müddətdə digər şəxslərə keçmə riski yüksək olur. Məktəb, fabrik, xəstəxana və nəqliyyat kimi sıxlıq mühitlərdə viruslar adamdan adama yoluxa bilər. Göz soyuqdəyməsi əvvəlcə gözdə burun kökünə yaxın qisimdə, sonra da Ardı »

OftalmologiyaGecə görən linzalar

Bildiyimiz kimi, linzalar bir qayda olaraq, gündüz gəzdirilmək üçün nəzərdə tutuluи. Səhər qoyulur və yatmazdan əvvəl çıxarılır.
Son zamanlar istifadə olunan xüsusi linzalar da var ki, onları yatarkən çıxarmaq lazım gəlmir. Lakin uzunmüddətli istifadə sonradan müalicəyə ehtiyacı olanlara müxtəlif çətinliklər də yaradır. Bəzi linza istifadəçiləri qaranlıq mühiti bəhanə edərək linzalardan istifadə etməyə çəkinirlər.
Alimlərin kəşfi sayəsində ərsəyə gələn "gecə görən linzalar" artıq bütün istifadəçilərə xidmət göstərə bilər.
Məlumata görə Michigan Universitetinin tədqiqatçıları da belə bir linza hazırlayıblar. Qan təzyiqini ölçmək üçün istifadə edilən texnologiyanın linzalara tətbiq olunması ilə əldə edilən xüsusiyyətlər qaranlıqda gəzərkən gecə görmə durbini kimi istifadə ediləcək. Böyük ölçülərə sahib olan Ardı »

OftalmologiyaDoğru eynək seçimi üçün bəzi məsləhətlər

Hipermetropiya, miyopiya, astiqmatizim kimi göz qüsurlarının düzəldilməsi doğru eynək seçimindən də aslıdır. Gözlüyün günəş şüalarına və narahat edici işıqlara qarşı təsirli olub-olmamağı da nəzərə alınmalıdır. Mütəxəssislərin sözlərinə görə bu məsələdə diqqətsizlik sonradan istənməyən problemlərə yol açır. Eynək seçimində eynək çərçivəsinin və şüşələrinin seçiminə diqqət daha vacibdir.
Bu seçim gözlüyün göz həkimi tərəfindən verilən reseptə uyğunluğu qədər əhəmiyyətlidir.
Üz genişliyinə görə seçilməyən, keyfiyyətsiz və ya istifadə məqsədinə uyğun olmayan şüşələr sonradan problemə yol açır.
Məlumata görə üzün formasına uyğun olmayan eynəklərdə estetik baxımdan çətinliklər yaranır.
Əzələlərin alt sərhədi ilə üst sərhədi arasında ən çoxu 2 sm açıqlığın olması, həm gözlüyün mərkəzini düzgün istifadə etməyə Ardı »

OftalmologiyaGörmə problemləri

Günümüzdə aktual mövzulardan biri görmə problemləri və həmin problemlərin meydana gəlməsinə səbəb olan faktorlardır. Təbii ki, bu cür çətinliklərlə üzləşən insanlar ilk növbədə həkimə müraciət edirlər və müalicə olunurlar.
Bildiyimiz kimi, gözə düşən xarici cisimlər, göz və göz qapağındakı pozuqluqlar, göz içində iltihablanma, soyuqdəymə göz sulanmasının və problemlərinin əsas səbəblərindən biridir. Görmə problemləri görmə sahəsinin böyüklüyünə və şəklinə təsir göstərən başlıca faktor hesab olunur. Bu problemlər makula degenerasiyası (pozuqluğu) adlandırılan xəstəliyi də əhatə edir. Bu vəziyyətdə ağ təbəqənin orta qismindəki sarı nöqtə (makula) pozularaq bulanıq görməyə və mərkəzi görmə qabiliyyətinin yavaşca itməsinə səbəb olur. Lakin səthi görmə qabiliyyəti, bu vəziyyətdən təsirlənmir. Ardı »

OftalmologiyaKofe göz sağlamlığına da təsirlidir

Məlumata görə kofe içkisi göz sağlamlığına da təsir edir.
ABŞ-ın Cornell Universitetinin bir sıra elm adamları apardığı tədqiqatlar nəticəsində kofedə klorojenik turşu adlı maddənin olduğunu müəyyən ediblər.
Bu maddə isə göz sağlamlığı üçün faydalı hesab olunur. Məlumatda oda bildirilir ki, saf kofe içkisində yüzdə 7-9 nisbətində olan antioksidant, qlaukoma, yaşlanma və şəkər xəstəliyi nəticəsində retinada meydana gələn göz problemlərinə də təsirlidir.
Siçanlar üzərində aparılan tədqiqatlarda oda müəyyən olunub ki, gözlərdə oksidativ stress və retinada pozulmağa səbəb olan azot oksidi retinada göz pozğunluğu yaradır. Lakin, əməliyyatdan əvvəl gözlərinə klorojenik turşu tətbiq edilənlərdə göz pozğunluğu nisbətən yaxşı olub.
Bu baxımdan kofe içməyin göz sağlamlığına təsirli olduğu bildirilir. Ardı »