beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elm adamları yeni göz hüceyrələri hazırladı

Elm adamları görmə itkisini müalicə etmək üçün kəşf olunan göz hüceyrələrinin istehsalına başlayıb.
"Biofabrication" jurnalında işıqlandırılan tədqiqatda bildirilir ki, bu hüceyrələr gözün arxasında olan və işığa həssaslıq göstərən retina bölgəsində problemlərin müalicəsində istifadə oluna bilər.
İngiltərədəki Cambridge Universitetinin elm adamlarının bu istiqamətdə apardığı işlərdə heyvan hüceyrələrindən istifadə edildiyi bildirilir. Siçanların retinasından alınan və gözdən beyinə məlumat çatdıran iki növ hüceyrənin, yazıçı cihaz vasitəsi ilə istehsalı planlaşdırılır. Bu hüceyrələrin sağlam qaldığı və çoxalmağa davam etdiyi ifadə edilir.
Tədqiqatı icra edənlərdən Prof. Keith Martin və Dr. Barbara Lorber bildirib ki, "Görmə itkisiylə nəticələnən bir çox göz xəstəliyinin ortaq xüsusiyyəti retinadakı sinir hüceyrələrinin yox olmasıdır. İşimiz, mərkəzi sinir sistemindən, alınan hüceyrələrin piezoelektrik yazıcıdan istifadə edərək istehsalını göstərmişdir. Bu texnologiyanı retina bərpasında istifadə etməyi planlaşdırırıq".
İşin davamı olaraq, işığa həssas fotoreseptor hüceyrələr də daxil olmaqla, müxtəlif retina hüceyrələrinin də istehsal oluna bilər.


Tarix: 16.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Oftalmologiya