beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz sağlamlığı üçün məsləhətlər

Göz xüsusi qulluq tələb edən vacib orqanlarımızdan biridir.
İlk baxışda çox sadə görünən göz mürəkkəb quruluşa malikdir. Görmə problemlərindən şikayət edən insanlar üçün tədbirli olmaq, müayinə və müalicə proseslərini gecikdirməmək, prosedurlara fikir vermək, düzgün qidalanmaq əhəmiyyətlidir.
Göz sağlamlığında 1 sıra praktik üsullara əməl etmək də vacibdir. Həmin üsullara müayinə (1 yaşından etibarən), makiyaj vasitələrindən ortaq istifadə etməmək, kompüter oyunları oynamamaq, göz xəstəlikləri əlamətlərinə həssaslıq, sarı işıqlandırmadan istifadə etmək, gözü ovalamamaq, günəş gözlüyündən istifadə etmək, göz sağlamlığı üçün lazımi prosedurlara fikir vermək aiddir.
- Göz tənbəlliyindən qorumaq üçün körpələri 1 yaşdan etibarən müayinə etdirmək vacibdir;
- Göz iltihabı kimi bilinən konyuktivit başqalarının istifadə etdiyi göz qələmlərindən, göz kölgəsi və kiprik üçün istifadə olunan makiyaj vəsaitlərindən keçə bilər.
Bu baxımdan onlardan ortaq istifadə etmək düzgün deyil;
- Kompüter oyunları uzaq görmə, allergiya, quruluq və s. problemlərə səbəb olduğundan zərərlidir;
- Gözdə sulanma, qaşıntı, ağrı , oxuyarkən çətinlik, yazıların bir-birinə qarışması, göz və baş ağrılarının olması, başı əyik tutaraq oxuma, gözləri qısaraq baxma, fokuslanma problemləri və s. əlamətlərə ciddi fikir vermək lazımdır. İmkan daxilində daha çox faydası olan işlərə başlamaq əlverişlidir. Göz həkiminin məsləhətlərinə isə tam əməl etmək lazımdır;
- İş mühitində istifadə olunan "soft tone" adlı işıqlandırma gözlərə təsirilidir.
- Gözə dəyən zərbə zamanı və ya bir cisim qaçması vəziyyətdə gözü ovalamaq olmaz. Onun yerinə bol su ilə yuyaraq göz həkiminə müraciət etmək lazımdır.
- Xüsusilə rəngli gözləri olanların günəş işığına həssas olduğu bildirilir. Həmin insanlarda qızartılı görmə nisbəti çox olur. Linzadan istifadə edən insanlara da günəş şüaları təsir göstərir. Bundan əlavə katarakt və görmə nöqtəsində həssaslıq yaradır. Yuxarıda sadalanan cəhətlərə görə hər 2 qrupun günəş gözlüyündən istifadə etmələri məsləhət görülür.


Tarix: 16.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Oftalmologiya